Məmmədyarov və Rəcəbovdan növbəti heç-heçə
Hollandiyada "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar 12-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun rəqibi Hollandiya qrossmeysteri Yorden Fan Forest olub. Dueldə qalib müəyyənləşməyib.
Teymur Rəcəbov isə digər hollandiyalı - Aniş Giri ilə "sülh bağlayıb".
26 yanvar 2019
"Tata Steel Masters"
12-ci tur
Maqnus Karlsen (Norveç) ⚪ - ⚫ Yan-Kristof Duda (Polşa) - 1:0
Liren Dinq (Çin) ⚪ - ⚫ Vişvanatan Anand (Hindistan) - 0,5:0,5
Santoş Qucrati Vidit (Hindistan) ⚪ - ⚫ Rixard Rapport (Macarıstan) - 0,5:0,5
Yorden Fan Forest (Hollandiya) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Vladimir Fedoseyev (Rusiya) ⚪ - ⚫ Vladimir Kramnik (Rusiya) - 0:1
Samuel Şanklend (ABŞ) ⚪ - ⚫ Yan Nepomnyaşşiy (Rusiya) - 1:0
Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Aniş Giri (Hollandiya) - 0,5:0,5
Turnir cədvəli
1. Maqnus Karlsen (Norveç) - 8,5
2. Aniş Giri (Hollandiya) - 8
3. Yan Nepomnyaşşiy (Rusiya) - 7
3. Vişvanatan Anand (Hindistan) - 7
3. Liren Dinq (Çin) - 7
6. Santoş Qucrati Vidit (Hindistan) - 6,5
7. Teymur Rəcəbov (Azərbaycan) - 6
8. Samuel Şanklend (ABŞ) - 5,5
8. Rixard Rapport (Macarıstan) - 5,5
10. Yan-Kristof Duda (Polşa) - 5
11. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 4,5
11. Vladimir Fedoseyev (Rusiya) - 4,5
11. Yorden Fan Forest (Hollandiya) - 4,5
11. Vladimir Kramnik (Rusiya) - 4,5