Rəcəbov qalib gəldi, Məmmədyarovdan heç-heçə
Hollandiyada "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, Veyk-an-Zedə təşkil olunan yarışın növbəti günündə iştirakçılar 7-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarovun rəqibi Macarıstan şahmatçısı Rixard Rapport olub. Dueldə qalib müəyyənləşməyib.
Teymur Rəcəbov isə Hindistan qrossmeysteri Santoş Qucrati Viditlə görüşdən qalib ayrılıb.
19 yanvar 2019
"Tata Steel Masters"
7-ci tur
Vladimir Fedoseyev (Rusiya) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Samuel Şanklend (ABŞ) ⚪ - ⚫ Yorden Fan Forest (Hollandiya) - 1:0
Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Santoş Qucrati Vidit (Hindistan) - 1:0
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ Liren Dinq (Çin) - 0,5:0,5
Yan Nepomnyaşşiy (Rusiya) ⚪ - ⚫ Yan-Kristof Duda (Polşa) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) ⚪ - ⚫ Vişvanatan Anand (Hindistan) - 0:1
Şəhriyar Məmmədyarov (Azərbaycan) ⚪ - ⚫ Rixard Rapport (Macarıstan) - 0,5:0,5
Turnir cədvəli
1. Yan Nepomnyaşşiy (Rusiya) - 4,5
1. Liren Dinq (Çin) - 4,5
1. Maqnus Karlsen (Norveç) - 4,5
1. Aniş Giri (Hollandiya) - 4,5
1. Vişvanatan Anand (Hindistan) - 4,5
6. Teymur Rəcəbov (Azərbaycan) - 4
7. Santoş Qucrati Vidit (Hindistan) - 3,5
7. Samuel Şanklend (ABŞ) - 3,5
9. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 3
9. Yan-Kristof Duda (Polşa) - 3
9. Rixard Rapport (Macarıstan) - 3
12. Vladimir Fedoseyev (Rusiya) - 2,5
13. Vladimir Kramnik (Rusiya) - 2
13. Yorden Fan Forest (Hollandiya) - 2