Məmmədyarov 2-ci, Karuana qalib oldu
Berlində şahmat üzrə İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar sonuncu tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk dövrədə məğlub etdiyi rusiyalı Vladimir Kramniklə qarşılaşacaq. Zirvədən 0,5 xal geri qalan qrossmeysterimiz yalnız qələbə barədə düşünür. Onun əsas rəqibi Fabiano Karuana isə Aleksandr Qrişukla üz-üzə gələcək.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
27 mart 2018
Şahmat, İddiaçılar Turniri
14-cü tur
A.Qrişuk (Rusiya) ⚪ - ⚫ F.Karuana (ABŞ) - 0:1
L.Aronyan (Ermənistan) ⚪ - ⚫ U.So (ABŞ) - 0,5:0,5
S.Karyakin (Rusiya) ⚪ - ⚫ L.Dinq (Çin) - 0,5:0,5
V.Kramnik (Rusiya) ⚪ - ⚫ Ş.Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Turnir cədvəli:
1. F.Karuana - 9
2-3. Ş.Məmmədyarov - 8
2-3. S.Karyakin - 8
4. L.Dinq - 7,5
5-6. V.Kramnik - 6,5
5-6. A.Qrişuk - 6,5
7. U.So - 6
8. L.Aronyan - 4,5