Məmmədyarovdan növbəti qələbə

Hollandiyanın Veyk-an-Zeye şəhərində şahmat üzrə "Tata Steel Chess" superturniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar növbəti gün 7-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov çinli Vey İ ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz yarışda 4-cü qələbəsini qazanıb.

Xalını 5,5-ə çatdıran Ş.Məmmədyarov liderliyini davam etdirir. 

Qeyd edək ki, 8-ci tur çərçivəsində şahmatçımızın rəqibi hollandiya təmsilçisi Aniş Giri olacaq.