Məmmədyarovun növbəti xal bölgüsü
Berlində şahmat üzrə İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə iştirakçılar 11-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti dueldə ABŞ təmsilçisi Uesli So ilə münasibətləri aydınlaşdıracaq. 10 turdan sonra 6 xalla 2-ci pillədə qərarlaşan qrossmeysterimiz qara fiqurlarla oynayacaq. Qazanılacaq qələbə Ş.Məmmədyarovu zirvəyə yüksəldə bilər. İlk dövrədə heç-heçəyə nail olan U.So isə, bu dəfə də məğlub olmamaq üçün var gücü ilə mübarizə aparacaq.
Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
23 mart 2018
Şahmat, İddiaçılar Turniri
11-ci tur
L.Dinq (Çin) - A.Qrişuk (Rusiya)
U.So (ABŞ) - Ş.Məmmədyarov (Azərbaycan) 0.5 - 0.5
F.Karuana (ABŞ) - V.Kramnik (Rusiya)
L.Aronyan (Ermənistan) - S.Karyakin (Rusiya)
Turnir cədvəli:
1. F.Karuana - 6,5
2. Ş.Məmmədyarov - 6
3. A.Qrişuk - 5,5
4-5. S.Karyakin - 5
4-5. L.Dinq - 5
6. V.Kramnik - 4,5
7. U.So - 4
8. L.Aronyan - 3,5