"Mən dəli deyiləm, emosionalam" - Mourinyo

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Kremoneze" ilə oyunda qırmızı vərəqə alması barədə danışıb.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ikinci hissənin ilk dəqiqəsində matçın baş hakimi Marko Piççinini təhqir edib və birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Mourinyo bu sözləri deyib:

"Mən dəli deyiləm, emosionalam. Karyeramda ilk dəfə hakim mənimlə əsassız danışdı. Təəssüf ki, dördüncü hakimdə o vicdan yoxdur ki, mənə dediklərini söyləsin. Dedikləri və rəftarı mənim elə reaksiya verməyimə səbəb oldu. Mənə söylədiklərinin səs yazısını görmək istəyirəm".

 Qeyd edək ki, "Roma" 1:2 hesabı ilə uduzub.

Banner