Mərcə görə cəzalandırılan Tonali geri dönür
Futbol mərc oyunlarında iştirakına görə cəzalandırılan Sandro Tonali geri dönür.
Sportline.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi avqustun 28-də "Nyukasl"ın məşqlərinə qatılacaq.
Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.
Qeyd edək ki, "Milan"dan "Nyukasl"a transfer olunan yarımmüdafiəçi mərc oyunlarında iştirakı təsdiqləndiyindən 10 ay yaşıl meydanlarıdan kənarda qalmışdı.