Merih Demiral klubunu dəyişə bilər
Türkiyə millisinin müdafiəçisi Merih Demiral karyerasını "İnter"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu aqda məşhur jurnalist Fabrisio Romano məlumat yayıb.
Onun sözlərinə görə, milanlılar "Atalanta"nın mərkəz müdafiəçisinə dəvət göndəriblər.
Danışıqların nəticəsinə milanlıların digər türk futbolçusu Hakan Çalhanoğlu amili təsir göstərə bilər.
Qeyd edək ki, Türkiyə millisinin kapitanı mövsümün sonunda "İnter"lə müqaviləsinin müddətini uzadıb.