Mərkəzi qarşılaşmada qalib müəyyənləşmədi

Qadın həndbolçuların Azərbaycan çempionatında 16-cı tura Mingəçevirdə start verilib.

Sportline.az xəbər verir ki, "Kür" Olimpiya İdman Mərkəzinin arenasında, yerli  "Nur"  "Azərsu"nu qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi 14-13 hesabı ilə qonaqların xeyrinə başa çatsa da, "Azərsu" minimal üstünlüyü qoruya bilməyib. İkinci hissədə hər iki komandanın səyinə rəğmən qalib müəyyənləşməyib - 24:24.

Qeyd edək ki, turun aprelin 1-də keçiriləcək digər oyunlarında, "İdman Akademiyası" "Gənclərbirliyi" ilə, "Azəryol" isə "Qarabağ"la qarşılaşacaq.