Mertensdən Hadisəyə maraqlı təklif
Bu mövsüm Türkiyə çempionluğuna real namizəd sayılan "Qalatasaray"ın futbolçuları indidən çempionluq tədbirlərinə hazırlaşırlar.
Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, klubun belçikalı ulduzu Dris Mertens ailəvi dostu olan məşhur müğənni Hadisəyə bu məqsədlə çağırış edib.
Mertens, Belçika doğumlu dostundan ona mahnı həsr etməyi xahiş edib.
Türkiyə mətbuatı Hadisənin bu təklifə müsbət yanaşmadığını yazır.