Mertensin "Qalatasaray"dakı məvacibi açıqlandı

"Qalatasaray"ın belçikalı futbolçusu Dris Mertensin gələn mövsüm üçün məvacibi açıqlanıb.

Sportline.az "Fanatik"ə istinadla xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi sarı-qırmızılı forma ilə 2,9 milyon avro qazanacaq. 

Qeyd edək ki, Mertens cari mövsümdə meydana çıxdığı 27 oyunda 7 qol, 4 məhsuldar ötürmə müəllifidir.