Məşhur futbolçu "Beşiktaş"a dönə bilər
Niderland millisinin hücumçusu Veqhorst İstanbula dönə bilər
Sportline.az The Sun qəzetinə istinadən xəbər verir ki, “Mançester Yunayted”də işləri yolunda getməyən Vout Veqhorst yenidən “Beşiktaş”ın formasını geyinə bilər.
Qeyd edək ki, o, qış transfer pəncərəsi dövründə “Beşiktaş”dan “Mançester Yunayted”ə icarə əsasında tranfer olunmuşdu.
Oyunçu müqavilə əsasında “Börnli” klubuna məxsusdur.