Məşhur futbolçu İtaliyaya yollanır

Moskva "Spartak"ının sabiq kapitanı Georgi Cikiya karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu işdə ona sabiq baş məşqçisi, hazırda "Askoli"ni çalışdıran Massimo Karrera yardımçı olacaq.

"Spartak"a çempionluq sevinci yaşadan mütəxəssis bu transferin reallaşmasının maliyyədən asılı olduğunu bildirib.

O, "YouTube"dakı "Komment Şou" kanalına müsahibəsində rəhbərliyin vəsait tapacağı təqdirdə bu transferə yalnız şad olacağını vurğulayıb.

Qeyd edək ki, gürcü əsilli futbolçu mövsümün sonunda azad agent statusunda "Spartak"dan ayrılıb.

Transfermarkt portalında onun dəyəri 5 milyon avrodur.