Məşhur futbolçu klub alır

“Liverpul” klubunun 25 yaşlı sağ cinah müdafiəçisi Trent-Aleksander Arnold futbol klubu almağa hazırlaşır.

Sportline.az “Lequipe” qəzetinə istinadən xəbər verir ki,Arnold Fransa Liqa 1-də çıxış edən “Nant” klubunu satın almaq üçün bonuslarla birliktə 140 milyon avro təklif edib.

“Nant” rəsmiləri hələ ki, bu təklifə cavab verməyiblər.

Qeyd edək ki, “Nant” klubu Fransa Liqa 1-də 7 xalla 5-ci pillədə qərarlaşır.