Məşhur futbolçu koronavirusa yoluxdu

“Latsio”nun hücumçusu Çiro İmmobile koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandadan təcrid olunan təcrübəli futbolçu karantinə alınıb. Onun A seriyasının növbəti turunda “Venetsiya”ya qarşı keçiriləcək matçda iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, İmmobile bu mövsüm “Latsio” formasıyla bütün turnirlərdə 21 oyuna çıxıb, 16 qol vurub.