Məşhur futbolçu maskota qarşı seksual təcavüzdə günahlandırılır
"Selta"nın sabiq kapitanı Uqo Malyo seksual təcavüzdə ittiham olunub.
Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, hadisə 2019-cu ildə İspaniya çempionatında yaşanıb.
Malyo stadionun maskotu - tutuquşu kostyumu geyinən qadının sinəsinə əl atdığına görə cəzalandırılıb.
Futbolçu məhkəmənin qərarına əsasən, qarşı tərəfə min avro pul ödəyəcək.
Bununla yanaşı, o, həmin qadına növbəti 20 ay ərzində hər gün 10 avro ödəməli olacaq.
Qeyd edək ki, Malyo hazırda Yunanıstanın "Aris" klubunun formasını geyinir.