Məşhur futbolçu milli karyerasını bitirir
Antuan Qrizmann Fransa milli komandasında karyerasını bitirə bilər.
Sportline.az "Le Figaro"ya istinadla xəbər verir ki, 32 yaşlı hücumçu baş məşqçi Didye Deşamın Kilyan Mbappeni kapitan təyin etməsindən narazıdır.
Qrizmannın qərarına həmçinin, Uqo Lorislə Rafael Varanın millidən gedişi də təsirsiz ötüşməyib.
Mart toplanışının "Atletiko"nun futbolçusu üçün sonuncu olacağı bildirilir.