Məşhur futbolçu milli komanda ilə vidalaşdı
Danimarka futbolunun ulduzu Simon Kyaer milli komandadakı karyerasını bitirib.
Sportline.az xəbər verir ki, 35 yaşlı futbolçu bu haqda sosial şəbəkə hesablarında məlumat paylaşıb.
15 il milli formanı geyinən müdafiəçi azarkeşlərlə belə vidalaşıb: "Millidən getməyin zamanıdır. Əlbəttə bu, heç də asan deyil. Çünki milli komanda mənim üçün çox şey deməkdir".
Qeyd edək ki, Simon Kyaer Danimarka millisində keçirdiyi 132 oyunda rəqib qapılarına 5 dəfə yol tapıb.