Məşhur futbolçu sürücülük hüququnu itirdi

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes uzun müddət avtomobil idarə edə bilməyəcək.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu sürücülük hüququndan məhrum edilib.

Bu haqda "Sky News" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Fernandes ardıcıl iki kobud qayda pozuntusu üzündən bu cəzaya məruz qalıb.

Qeyd edək ki, futbolçu eyni zamanda 3020 funt cərimə də ödəməli olacaq.