Məşhur futbolçudan Türkiyəyə yardım
"Arsenal"ın futbolçusu Bukayo Saka xeyirxah addıımla diqqət çəkib.
Sportline.az xəbər verir ki, o, Türkiyədəki zəlzələdə zərər görən 26 ailənin məskunlaşma problemini həll edib.
BigShoe şirkətinin təşkil etdiyi xeyriyyə aksiyasına qatılan futbolçu Adıyaman, Qəhrəman Maraş və Malatya şəhərlərindən olan ailələri sevindirib.
Həmin ailələr yataq, qonaq, mətbəx və vanna otağı olan konteynerlərlə təmin olunacaqlar.