Məşhur italiyalı Türkiyə klubunda

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, 31 yaşlı hücumçu yeni mövsümdən Super Liqada mübarizə aparacaq “Adana Demirspor”a transfer olunub.

Bu barədə sözügedən klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mario Balotelli geridə qalan mövsümü İtaliyanın “Monza” klubunda keçirib.