Məşhur mütəxəssis komandada qalır

İspaniyanın “Betis” klubu baş məşqçisi Manuel Pelleqrini ilə müqaviləni uzadıb.

Sportline.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, çilili mütəxəssisin yeni sözləşməsi 2025-ci ilin yayına qədərdir. 

Qeyd edək ki, 68 yaşlı mütəxəsss 2020-ci ildən “Betis”i çalışdırır. Onun komandası hazırda 33 xalla La Liqada 3-cü sıradadır.