Məşhur mütəxəssis millimizdən danışdı
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə oyun öncəsi fikirlərini bildirib.
Sportline.az Avstriya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, o deyib: "Azarkeşlərə evdə oynayacağımız iki oyunda əla atmosfer yaratmalarına kömək etmək istəyirik. Azərbaycan və Estoniya yalnız ötürmələrlə məğlub edə biləcəyimiz rəqiblər deyillər. Azərbaycana qalib gəlmək üçün Linzdə mümkün olan ən yaxşı oyuna ehtiyacımız var. Eyni şey Estoniya ilə matç üçün də keçərlidir".
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.