Məşhur mütəxəssis "Trabzonspor"u çalışdıra bilər
"Trabzonspor"da baş məşqçi axtarışları davam edir.
Sportline.az xəbər verir ki, Qaradəniz təmsilçisində bu posta əsas namizəd Sərgən Yalçındır. Bu barədə "TRT Spor" məlumat yayıb.
Super Liqa təmsilçisinin nümayəndələri yaxın zamanda Yalçınla danışıqlara başlayaq. "Trabzonspor" mütəxəssislə danışıqları tez bitirmək və onu komandanın sükanı arxasına gətirmək istəyir.
Sərgən Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb. O, "qara qartallar"la Super Liqada çempionluq yaşayıb.