Məşhur türkiyəli idmançı ölüm yatağında

Ağırlıqqaldırma üzrə üçqat olimpiya çempionu Naim Süleymanoğlunun səhhəti ağırlaşıb. Sportline.az xəbər verir ki, qara ciyər çatışmazlığından əziyyət çəkən 50 yaşlı idmançı reanimasiyaya yerləşdirilib. Onun qara ciyərinin dəyişdirilməsinə ehtiyac olduğu bildirilir. Qeyd edək ki, Bolqarıstan doğumlu Naim Süleymanoğlu 1988, 1992 və 1996-cı il Yay Olimpiya Oyunlarının qızıl mükafatçısıdır. Bununla yanaşı o, yeddiqat dünya və ikiqat Avropa çempionudur.