Məsiyev Polşa millisinin oyununda

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.

Sportline.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda 6-cı qrupun İsrail - Polşa matçını idarə edəcək. Məsiyevə Pərvin Talıbov və ingiltərəli Daniel Robathan yan xətt hakimləri qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Brooks yerinə yetirəcək.

Qeyd edək ki, martın 22-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçiriləcək.