"Messi "Atletiko"da oynasaydı..." - Simeone
"Bərabər səviyyəli oyun oldu. Messi görüşün taleyini həll etdi".
SportLine.az "Marca"ya istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın 27-ci turu çərçivəsində "Barselona"ya qarşı keçirilən görüşdən sonra bildirib.
Standard vəziyyətdən vurulan qolla məğlub olduqlarına görə təəssüfləndiyini söyləyən mütəxəssis, "Messi "Atletiko"da oynasaydı, bu matçda biz 1:0 hesablı qələbə qazanacaqdıq", - deyib.
Komandasından razı qaldığını bildirən D.Simeone, "14 ildir, "Barselona" və "Real" La Liqada ağalıq edir. Bununla belə, 2013/14 mövsümündə çempion olduq. Bu gün də hər iki rəqibə qarşı layiqli mübarizə aparırıq. Hər gün bir az da inkişaf edirik. Bu templə davam etsək, yaxın vaxtlarda "Barselona" və "Real" səviyyəsinə yüksələcəyimizə əminəm", - deyə qeyd edib.
Xatırladaq ki, "Atletiko" 27 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.