"Messi "Barselona"dan belə getməyə layiq deyildi"

La Liqanın prezidenti Xavier Tebas Lionel Messinin "Barselona"dan ayrılıb, PSJ-yə keçməsi barədə danışıb. 

Sportline.az xəbər verir ki, o, "Diario Sport"a açıqlamasında deyib: 

"Messinin gedişi ağır oldu. Çünki şəxsən mən onu futbol tarixinin ən yaxşısı hesab edirəm. O, nəinki "Barselona"dan, La Liqadan belə getməyə layiq deyildi". 

Qeyd edək ki, Messi PSJ ilə 2+1 müqavilə imzalayıb.