Messi ilinə 30 milyon avro qazanacaq?

PSJ-nin direktoru Leonardo yeni transferləri Lionel Messinin maaşı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sportline.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, o, argentinalının ilinə 30 milyon avro maaş alacağı haqda iddialara toxunarkən deyib:

"Bu, tamamilə reallıqdan uzaq məlumatdır. Müqavilədə maliyyə ilə bağlı məxfiliyin qorunmasına dair bənd var. Amma onu deyə bilərəm ki, səslənən rəqəm doğru deyil".