Messi izlədiyi yeganə azərbaycanlı ilə görüşdü
Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadəni evində qonaq edib.
Sportline.az xəbər verir ki, bu barədə Əhmədzadə öz İnstaqram hesabında paylaşıb. Görüş Parisdə baş tutub.
Qeyd edək ki, A.Əhmədzadə Messinin sosial şəbəkələrdə izlədiyi yeganə azərbaycanlıdır.