Messi meydana qayıdır
PSJ-nin zədəli futbolçusu Lionel Messinin məşqlərə başlayacağı vaxt məlum olub.
Sportline.az xəbər verir ki, argentinalı hücumçu şənbə günü komandanın məşqinə qatılacaq.
Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Messi Liqa 1-in 6-cı turunun Lion “Olimpik”i ilə oyunda (2:1) zədələnmişdi.