Messi PSJ-nin məşqinə çıxmadı
PSJ-nin futbolçusu Lionel Messi komandanın son məşqində iştirak edə bilməyib.
Sportline.az xəbər verir ki, bu barədə "Get French Football News" məlumat yayıb. 34 yaşlı hücumçu dizindən zədəli olduğu üçün hazırlıq prosesini buraxıb.
Qeyd edək ki, Messi zədə səbəbindən PSJ-nin "Lion"la oyununda (2:1) əvəzlənib. O, bu əvəzetmədən narazı qaldığı üçün baş məşqçi Maurisio Poçettinonun əlini sıxmayıb.