Messi Puyola çatdı

Lionel Messi UEFA Çempionlar Liqasında 115-ci oyununa çıxıb. SportLine.az xəbər verir ki, "Barselona" - "Yuventus" matçının start heyətində yer alan argentinalı futbolçu bu göstəricidə Karles Puyola çatıb. 

Futbolçu hazırda qitənin ən nüfuzlu turnirində ən çox oyun keçirən futbolçuların siyahısında 3-cüdür. İlk pillədə Xavi Hernandes (151 oyun), ikinci yerdə isə Andres İnyesta  (122 oyun) qərarlaşıb.