Messi və Mbappe məşqi buraxdılar

PSJ-nin hücumçuları Lionel Messi və Kilian Mbappe Fransa Liqa 1-in 12-ci turunda "Lill"ə qarşı oyunu öncəsi komandanın məşqini buraxıblar .

Sportline.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Daha əvvəl fransalı oyunçuya infeksiya diaqnozu qoyulmuşdu. Onun bu matçda iştirakı şübhə altında idi.

Messinin məşqi buraxmasının səbəbi  isə məlum deyil. Paris klubu argentinalı futbolçunun səhhətində problem olması barədə məlumat verməyib.