Messinin adı iştirak ərizəsində
PSJ Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Mançester Siti" ilə oyun üçün iştirak ərizəsini açıqlayıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, heyətdə zədə səbəbindən iki matç buraxan Lionel Messi də yer alıb.
PSJ-nin heyəti: Navas, Donnarumma, Letelye, Hakimi, Kimpempe, Markinyos, Daqba, Kurzava, Diallo, Kerer, Mendeş, Verratti, Paredes, Danili, Veynaldum, Herrera, Draksler, Quye, Ebimbe, Mbappe, İkardi, Neymar, Messi
Qeyd edək ki, bu gün keçiriləcək PSJ - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.