Mesut Özil səs verəcəyi partiyanı açıqladı

Almaniyada sentyabrın 26-da federal seçkilər keçiriləcək.

Sportline.az xəbər verir ki, hazırda "Fənərbağça"da çıxış edən Almaniya millisinin sabiq üzvü Mesut Özil hansı partiyaya səs verəcəyini açıqlayıb. 

Futbolçu bununla bağlı sosial media hesabında yazıb. O, sülh aktivisti Yurgen Todenhöferin yaratdığı "Team Todenhöfer" partiyasına səs verəcəyini bildirib.

Todenhöferlə görüşündən foto yayan Mesut üç il əvvəl Rusiyadakı dünya çempionatından sonra çətin günlər keçirdiyini və həmin vaxt alman siyasətçidən böyük dəstək aldığını deyib: "Almaniyanın ən cəsur siyasətçisi ilə görüşüm. Üç il öncə dünya çempionatında çətin günlər keçirərkən arxamda idi və indi mən onun arxasındayam. 26 sentyabrda "Team Todenhöfer"ü seçəcəs. Sənə uğurlar arzulayıram".