"Milan" fransalı futbolçunun keçidini həll edib

"Milan" heyətini gücləndirmək istiqamətində fəaliyyəti davam etdirir.

Sportline.az xəbər verir ki, milanlılar "Monako"nun yarımmüdafiəçisi Yussuf Fofananın transferini rəsmiləşdirmək üzrədirlər. 

Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, klublar arasında razılıq əldə olunub. 

Yeni klubu ilə 4 illik müqavilə bağlayacaq Fofananın sabah Milana gələcəyi gözlənilir.

Bu transferin "rosso-neri"yə 25 milyon avroya başa gəldiyi bildirilir.