"Milan" kapitanı ilə yollarını ayırıb

"Milan"ın müdafiəçisi Davide Kalabriya karyerasını "Bolonya" klubunda davam etdirəcək.  

Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında yeni komandasında çıxış edəcək. Bu barədə "Bolonya" klubunun mətbuat xidməti açıqlama yayıb.  

Qeyd edək ki, D.Kalabriya 2015-ci ildən "Milan"ın formasını geyinir. Komandanın kapitanı bu müddət ərzində 272 matça çıxıb və 10 qol vurub.