“Milan” niderlandlı futbolçusu ilə yola davam edəcək
Bu mövsüm parlaq çıxışı ilə yadda qalan Ticani Reynders klubla yeni müqavilə imzalayacağı açıqlanıb.
Sportline.az məşhur futbol jurnalisti Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu 2029-cu ilə qədər “Milan”da qalacağı gözlənilir.
“Milan” rəhbərliyi niderlandlı futbolçunun çıxışından razıdır.
Qeyd edək ki, Ticani Reynders bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 3 qol və 1 asistlə yadda qalıb.