"Milan" retro formasını təqdim etdi

"Milan" klubu İtaliya A Seriyasının 16-cı turunda "Cenoa" ilə oyuna retroformada çıxacaq.

Sportline.az xəbər verir ki, bu haqda milanlıların rəsmi səhifəsində məlumat yayılıb.

"Rossoneri" bu addımı klubun yaranmasının 125 illiyi münasibəti ilə atıb.

Klubun yaranma tarixi ilə əlaqədardır bu formadan ümumi olaraq 1899 ədəd hazırlanacaq.

"Milan" rəhbərliyi bu aksiyanı komandanın sadiq azarkeşlərinə hörmət əlaməti olaraq keçirəcək.