"Milan" Teonu saxlayır

"Milan" futbolçusu Teo Ernandesi komandada saxlamaq istəyir. 

Sportline.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. A seriyası təmsilçisi 24 yaşlı müdafiəçiyə illik 4 milyon avro maaş olmaqla 2026-cı ilin yayınadək müqavilə təklif edib. 

Qeyd edək ki, Teonun hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.