"Milan" Ticani Reynderslə bağlı qərar verib
"Milan"ın niderlandlı futbolçusu Ticani Reyndersin klubda qalacağı dəqiqləşib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Milan" klubunun rəhbərliyi Ticani Reyndersə 5 illik yeni müqavilə təklif edib.
Reynders bu təklifə müsbət cavab verib. Müqavilə yanvar ayında imzalanacaq.
Qeyd edək ki, 26 yaşlı futbolçunun hazır ki müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Reynders cari mövsüm çıxış etdiyi 22 matçda 8 qol və 2 asistlə yadda qalıb.