"Milan" ulduz futbolçu ilə danışıq aparır

"Milan" İspaniya millisinin kapitanı Alvaro Moratanın transferinə hazırlaşır.

Sportline.az Relevo nəşrinə istinadla xəbər verir ki, "Atletiko"nun futbolçusu ilə danışıqlar davam edir.

Baş məşqçi Stefano Pioli təcrübəli forvardın xidmətində maraqlı olduğunu açıqlayıb.

Futbolçunun özü də karyerasını "Milan"da davam etdirmək istəyini bildirib.

"Atletiko" Moratanın transferi üçün 20 milyon avro tələb edib.

Hücumçu son mövsümdə meydana çıxdığı 45 oyunda rəqib qapılarına 15 qol vurub.

Banner