"Milan"a keçidi ailəsini dağıtdı

İspaniya millisinin kapitanı Alvaro Morata həyat yoldaşı ilə ayrılıb.

Sportline.az xəbər verir ki, buna Elis Kampellonun İtaliyaya köçmək istəməməsi səbəb olub.

Bəzi xəbərlərdə isə, Moratanın həyat yoldaşına xəyanəti etməsi əsas gətirilir.

31 yaşlı hücumçu "Gazzetta dello Sport"a açıqlamasında məsələyə belə aydınlıq gətirib: "And içirəm ki, heçə vaxt ona xəyanət etməmişəm. O, həyatımın ən vacin qadınıdır. Elis İspaniyada qalmaq istədi. Sadəcə olaraq yenidən başqa yerə köçməkdən imtina elədi".

Qeyd edək ki, Morata 2028-ci ilədək "Milan"ın formasını geyinəcək.

Banner