"Milan"dan gedir

"Milan"ın serbiyalı futbolçusu Luka Yoviç klubdan ayrılacaq.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Milan"ın baş məşqçisi Serxio Konsensao Yoviçin satılmasını rəhbərliktən tələb edib.

Lukanın "Milan"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm 3 matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.