“Milan” səfərdən məğlub döndü

İtaliya A Seriyasının 7-ci turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, “Milan” səfərdə “Fiorentina”ya 1:2 hesabı ilə məğlub olub.

Qolları “Milan”dan Kristian Pulişiç, “Fiorentina”dan isə Yasin Adli və Albert Qudmunson vurub.

“Milan”nın heyətində Teo Hernandeslə Moyze Kin penaltidən yararlana bilməyib. Oyunun əsas vaxtına artırılan 6-cı dəqiqədə isə fransalı oyunçu qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Milan” 11 xalla 6-cı, “Fiorentina” isə 10 xalla 11-ci pillədə qərarlaşır.