“Milan”dan minimal hesablı qələbə

İtaliya A Seriyasının 8-ci turunun görüşləri davam edir.

Sportline.az xəbər verir ki, “Milan” öz meydanında “Udineze” ilə qarşılaşıb. Matç “Milan”ın 1:0 hesablı qələbə ilə yekunlaşıb.

Görüşdə yeganə qolu 13-cü dəqiqədə Samuel Çukveze vurub.

“Milan”nın 26 yaşlı niderlandlı futbolçusu Ticani Reynders 29-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Milan” 14 xalla 3-cü, “Udineze” isə 13 xalla 6-cı pillədə qərarlaşır.