"Milan"ın sabiq futbolçusu karyerasını İranda davam etdirəcək

"Milan"ın keçmiş yarımmüdafiəçisi Aleksandr Merkel İranın 'Nassadji Mazandaran" klubuna keçib.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, qazaxıstanlı futbolçu yeni klubu ilə 2025-ci ilə qədər müqavilə imzalayıb.

Son olaraq BƏƏ-nin "Hatta" klubunda çıxış edən Merkel meydana çıxdığı 12 oyunda 2 qolla yadda qalıb.

Qeyd edək ki, 32 yaşlı oyunçu daha əvvəl karyerasında "Qaziantep FK", "Bohum" və "Udinese" kimi klubların uğurları üçün çalışıb.O, Qazaxıstan millisi ilə cəmi 3 oyuna çıxıb.