“Milan”ın futbolçusu “Qalatasaray”ın transfer hədəfinə çevrilib
“Milan”ın kapitanı Davide Kalabriya karyerasını “Qalatasaray”da davam etdirə bilər.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəhbərliyi “Milan”ın italiyalı futbolçusu Davide Kalabriya üçün yanvar ayında rəsmi təklif göndərəcək.
İstanbul klubunun rəhbərliyi Kalabriyanın meneceri ilə danışıqlara başlayıb.
Keçidin yanvar ayında reallaşacağı gözlənilir.
Qeyd edək ki, Kalabriyanın hazır ki transfer dəyəri 10 milyon avrodur.
27 yaşlı futbolçunun “Milan”la müqaviləsi mövsümün sonunda başa çatacaq.