"Milan"ın məğlubiyyətinin səbəbi açıqlandı

"Milan"ın baş məşqçisi Paulu Fonseka "Fiorentina"ya məğlubiyyətin səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, mütəxəssis uFlorensiyadakı uğursuzluğu bir neçə amillə əlzaqələndirib.

"Bir neçə səbəb var. Əvvəla ilk hissədə müdafiədə çatışmazlıqlar oldu. Rəqib mübarizələrdən qalib ayrılırdı ki, bu da, nəticəyə təsir göstərməyə bilməzdi. İstifadə edə bilmədiyimiz penaltilər də göz qabağında idi. Belə fürsətlərdən yararlanmayan komanda məğlubiyyətə məhkumdur", - deyə Fonseka "Milan News"a düşüncələrini bölüşüb.

Qeyd edək ki, 7-ci turda "Fiorentina"nın qonağı olan "Milan" 1-2 hesabı ilə uduzub.